30 Yanvar 2026, 13:13
FUTBOL
"Napoli"nin futbolçusu Siril Nqonqe karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Espanyol" belçikalı vingeri icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub. Anlaşmada 16+2 milyon avroluq satınalma bəndi də yer alacaq.
Qeyd edək ki, Siril Nqonqe mövsümün ilk yarısında icarə əsasında "Torino"da çıxış edib. 25 yaşlı oyunçu A Seriyası təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.




_1769779370.jpg)







