Argentinalı mütəxəssis artıq qərarını klub rəhbərliyinə bildirib. Yaxın zamanda Madrid təmsilçisinin bununla bağlı rəsmi açıqlama verəcəyi bildirilir.
Dieqo Simeone mövsümün sonunda "Atletiko"dan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Argentinalı mütəxəssis artıq qərarını klub rəhbərliyinə bildirib. Yaxın zamanda Madrid təmsilçisinin bununla bağlı rəsmi açıqlama verəcəyi bildirilir.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayında "Atletiko"nun baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında İspaniya La Liqası (2), UEFA Avropa Liqası (2), UEFA Super Kuboku (2), İspaniya Kubokunu (1) və İspaniya Super Kubokunu (1) qazanıb. Simeone 2016-cı ildə ilin ən yaxşı məşqçisi seçilib.












