"Əl-İttihad"ın futbolçusu Mussa Diabi Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"İnter" fransalı vingeri heyətinə qatmaq istəyir. A Seriyası nəhəngi 26 yaşlı oyunçu üçün onun klubuna 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib.

Qeyd edək ki, "Əl-İttihad" Mussa Diabini 2024-cü ilin iyulunda "Aston Villa"dan 60 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 3 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest