“Monako”ya və ya “Qarabağ”a qarşı oynamağa hazırıq. Görək necə olacaq. Ümid edirəm ki, Fransa komandası olmaz. Çünki fransızlara qarşı oynamaqdan yorulmuşuq".
PSJ UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunda "Nyukasl"la 1:1 hesablı heç-heçə edərək pley-offa vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, turnirin son qalibi 1/8 finala yüksəlmək üçün "Qarabağ" və ya "Minako" ilə qarşılaşacaq. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike Azərbaycan çempionu ilə oynamağın daha yaxşı olduğunu deyib:
“Bu hissi təsvir etmək çətindir. Matç penalti ilə əla başladı. Amma biz penaltini qaçırdıq. Birinci hissədə açıq-aydın bəxtimiz gətirmədi. Birinci hissənin son dəqiqələrində qayda pozuntusuna yol verdik və qol buraxdıq. Düşünürəm ki, bu nəticəni təhlil etmək və qəbul etmək çətin idi. İkinci hissədə isə daha az dəqiq oynadıq. Reallıq budur. Sstadiondakı ab-hava möhtəşəm idi. Amma bizi qarşıda hansı yolun gözlədiyini bilirik.
Liqa mərhələsindən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. “Monako”ya və ya “Qarabağ”a qarşı oynamağa hazırıq. Görək necə olacaq. Ümid edirəm ki, Fransa komandası olmaz. Çünki fransızlara qarşı oynamaqdan yorulmuşuq. Başqa ölkəyə – məsələn, Azərbaycana getmək daha yaxşı olar. Çətin səfər oyunlarına öyrəşmişik. Yenə də yaxşı anlar yaşayacağıq. Bəzi futbolçularımız geri qayıdacaq. Baxmayaraq ki, bu gün daha bir vacib oyunçumuz (Xviça Kvaratsxeliya) zədələndi. Təəssüf doğurur, amma bunu qəbul etməliyik.”












