Minskdə keçirilən II Avropa Oyunlarının ikinci günündə cüdoçularımız mübarizəyə qoşulublar. Matc.az xəbər verir ki, ilk idmançımız yarışa qələbə ilə başlayıb.

Komandamızın üzvü Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə finlandiyalı Katri Kakkonu məğlub edib. 1/8 finalda onun rəqibi belçikalı çarlin Van Snik olacaq. Bu çəki dərəcəsində çıxış edən digər idmançımız – Larisa Florian isə polşalı Karolina Pienkovska ilə görüşəcək.

Qeyd edək ki, Oyunların ikinci günündə mübarizəyə 7 cüdoçumuz qoşulub. Azərbaycan idmançıları yarışların ikinci günündə boks, cüdo, sambo, gimnastika və stend atıcılığı yarışlarında iştirak edirlər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest