"Napoli"nin müdafiəçisi Matias Olivera karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.

"Nottingem Forest" uruqvaylı futbolçunu transfer etmək istəyir. "Meşəbəyilər" 28 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 15 milyon avroluq təklif göndərib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Matias Olivera bu mövsüm "Napoli"nin heyətində 18 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest