"Vest Hem"in futbolçusu Krisensio Sammervill Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Tottenhem" niderlandlı vingeri transfer etmək istəyir. London klubu 24 yaşlı oyunçu üçün 25 milyon funt-sterlinqlik təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Krisensio Sammervill bu mövsüm "Vest Hem"in heyətində keçirdiyi 18 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest