Şimali Amerikanın nüfuzlu "Sportico" nəşri 2025-ci ildə ən çox qazanan idmançıların siyahısını dərc edib.

Şimali Amerikanın nüfuzlu "Sportico" nəşri 2025-ci ildə ən çox qazanan idmançıların siyahısını dərc edib.

Matc.az xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir.

İkinci ən çox qazanan boksçu Saul Alvaresdir. İlk "üçlüy"ü Lionel messi tamamlayır.

2025-ci ildə ən çox qazanan 10 idmançı:

1. Kriştiano Ronaldo (futbol) - 260 milyon dollar
2. Saul Alvares (boks) - 137 milyon dollar
3. Lionel Messi (futbol) - 130 milyon dollar
4. Xuan Soto (beysbol) - 129,2 milyon dollar
5. LeBron Ceyms (basketbol) - 128,7 milyon dollar
6. Kərim Benzema (futbol) - 115 milyon dollar
7. Stiven Karri (basketbol) - 105,4 milyon dollar
8. Şohey Oxtani (beysbol) - 102,5 milyon dollar
9. Kevin Durant (basketbol) - 100,8 milyon dollar
10. Con Ram (qolf) - 100,7 milyon dollar

Qeyd edək ki, Ronaldo 2024-cü ildə də oxşar qazancla bu reytinqə başçılıq edib. Stiven Karri ikinci yeri (153,8 milyon dollar), boksçu Tayson Fyuri isə ilk "üçlüy"ü (147 milyon dollar) tamamlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest