28 Dekabr 2025, 13:12
FUTBOL
2025-ci ildə 33 yaşlı belçikalı bütün yarışlarda 174 seyv edib.
Avropanın ən yaxşı liqalarında qapıçıların siyahısına "Real" və Belçika yığmasının qapıçısı Tibo Kurtua başçılıq edir.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
2025-ci ildə 33 yaşlı belçikalı bütün yarışlarda 174 seyv edib. Avropanın ən yaxşı beş liqasında heç bir qapıçı Madrid klubunun qolkiperinə yaxınlaşa bilməyib.
Kurtuanın hazırda "Real" ilə 2027-ci ilin iyun ayına qədər müqaviləsi var və komandanın bir nömrəli qapıçısı olaraq qalır.
Bu mövsüm o, bütün yarışlarda 29 oyunda iştirak edib və 12 dəfə qapısını toxunulmaz saxlayıb.












