"Sumqayıt" klubunun qış hazırlıq planları müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq. Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dən 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "Sumqayıt" klubu bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest