"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik komandanın sistemində mətbuata şəxsi məlumatları sızdıran şəxsi yaxalayıb.
Matc.az xəbər verir ki, bu barədə COPE-nin jurnalisti Viktor Navarro məlumat yayıb. Lakin Navarro "köstəbəyin" kimliyini və ya sızdırılan məlumatların təfərrüatlarını açıqlamayıb.
Daha sonra məlum olub ki, Flik Voyçex Şensninin "Qvadalaxara" ilə oyunda əsas heyətdə yer alacağı barədə adı açıqlanmayan şəxsə qəsdən yalan danışıb. Dərhal sonra RAC1 radiosunda bu barədə məlumatlar yayılıb. Flik bunun əvəzinə Ter Ştegeni kubok oyununa çıxarıb. Beləliklə, alman məşqçi komandanın daxili məlumatlarını kimin sızdırdığını aşkar edib.
"Barselona"nın oyunçuları və məşqçilər heyəti hələlik hadisə ilə bağlı şərh verməyib.












