17 Dekabr 2025, 10:55
FUTBOL
"Çelsi"nin futbolçusu Estevao sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Braziliyalı vinger ayaq əzələsindən zədə alıb. 18 yaşlı futbolçu ayın 20-də "Nyukasl"a qarşı keçiriləcək Premyer Liqa matçında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Estevao bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 21 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.











