Yay transfer dönəminin ən fəal klubların biri olan "Real" heyətinə daha bir futbolçu cəlb edib. Amtc.az saytının məlumatına görə, Madrid təmsilçisi Braziliyanın "Santos" klubundan Rodriqo Qoeslə anlaşıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı açıqlama verib. 18 yaşlı braziliyalı hücumçu ilə sabah müqavilə imzalanacağı qeyd olunub.

İspaniya mətbuatı "Real"ın bu transfer üçün Braziliya klubuna 45 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, "Real" yay fasiləsində Eder Militao, Ferland Mendi, Luka Yoviç və Eden Hazardı da heyətinə qatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest