"Benfika"nın yarımmüdafiəçisi Joao Feliks karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 19 yaşlı vinger "Atletiko"nun formasını geyinməyə çox yaxındı.

Portuqaliya millisinin üzvü danışıqları yekunlaşdırmaq üçün Madridə yollanıb. Hətta keçidin bu gün açıqlanması da istisna edilmir. "Atletiko" gənc yarımmüdafiəçinin müqaviləsində yer alan 120 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə razılıq verib. Oyunçunun illik maaşının isə 6 milyon avro olması gözlənilir.

Qeyd edək ki, Joao Feliks ötən mövsüm Portuqaliya çempionatında 26 matçda iştirak edib, 15 qol, 7 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest