"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal komandasını dəyişə bilər. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, çili millisinin üzvü sərfəli təklif alıb.

Belə ki, çin klublarından biri 32 yaşlı orta sahə oyunçusuna astronomik məbləğdə pul təklif edib. üstəlik, "Barsa"nın Frenki de Yonqu transfer etdiyini nəzərə alsaq, Vidal Avropanı tərk etmək variantına müsbət cavab verə bilər. Onun gedişi ispanlara da yaxşı pul qazandırar.

Qeyd edək ki, Arturo Vidal "Barselona"ya ötən il "Bavariya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest