Yay transfer dönəminin ən fəal komandası olan "Real" daha bir ulduz futbolçunu heyətinə qatmaq niyyətindədi. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, "kral klubu" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın keçidində israrlıdı.

İspaniya nəhəngi bu transfer uğrunda "Yuventus"la mübarizə aparır. "Real" rəhbərliyi Fransa millisinin üzvünün keçidini iyulun 1-dək rəsmiləşdirmək niyyətindədi. Hansı ki, "Mançester Yunayted" istirahətdən məhz həmin gün dönəcək. 26 yaşlı orta sahə oyunçusunun transfer qiyməti 150 milyon avro dəyərindədi.

Poqba özü komandasını dəyişmək istəyində olsa da, "Mançester Yunayted" onu bu yay satmağa isti yanaşmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest