"Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir".

Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində "Kəpəz" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bunları qeyd edib:

"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.

Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest