"Real"ın müdafiəçisi Trent Aleksandr-Arnold La Liqanın 19-cu turunda "Atletik"ə qarşı oyunda (3:0) zədələnib.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat verib.
Bildirilir ki, 27 yaşlı ingilis futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. Həkimlər onun sağalmasının təxminən 2 ay çəkəcəyini proqnozlaşdırırlar.
Bu, Aleksandr-Arnoldun bu yay "Liverpul"dan "Real"a keçdikdən sonra aldığı ikinci ciddi zədədir. Sentyabr ayında o, sol ayağında bud əzələsindən aldığı zədə səbəbindən 6 həftəlik sıradan çıxmışdı.
Qeyd edək ki, bu mövsüm Trent "Real"ın heyətində bütün yarışlarda 11 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2031-ci ilin yayına qədərdir və transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.












