Mauritsio Sarri İtaliyanın "Yuventus" komandasına baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Sarri bu postda Massimiliano Alleqrini əvəzləyib. Alleqri "Yuventus"a 2014 - 2019-cu illərdə rəhbərlik edib.

İtaliyalı jurnalist Nikkolo çekkarini şəxsi "Twitter" hesabında yazıb ki, Sarri Turin klubunda ilinə 6 milyon avro alacaq. Mütəxəssis üç illik müqavilə müddəti ərzində müvafiq olaraq 18 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauritsio Sarri 2018-ci ilin yayında İngiltərənin "çelsi" komandasının baş məşqçisi təyin olunub. "Zadəganlar" italiyalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest