Polşada keçirilən 20 yaşadək futbolçulardan ibarət millilər arasında dünya çempionatı başa çatıb. Matc.az saytının məlumatına görə, turnirin finalında Ukrayna və Cənubi Koreya yığmaları qarşılaşıb.

Mundialın həlledici oyununda qapılara 4 qol vurulub. Qarşılaşma ukraynalıların qələbəsiylə yekunlaşıb – 3:1.

Bununla da Ukrayna yığması tarixində ilk dəfə dünya çempionu adını qazanıb.

üçüncü yer uğrunda oyunda isə İtaliya və Ekvador qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmayıb. Cənubi amerikalılar əlavə vaxtda vurulan qolla turniri 3-cü pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest