"Beşiktaş" "Barselona" ilə, eləcə də komandanın qapıçısı və kapitanı Mark-Andre ter Ştegenin ətrafı ilə qolkiperin Türkiyə klubuna keçməyə razı salmaq üçün əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, "Beşiktaş" qışda alman qapıçını cari mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Türkiyə klubu ter Ştegenin maaşının bir hissəsini öz üzərinə götürməyə hazırdır.

33 yaşlı futbolçu "Barselona"dakı gələcəyi ilə bağlı qərar verməyib. Ter Ştegen hazırda zədəsini sağaldır. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest