Bir zamanlar ölkəmizdə “Xəzər Lənkəran”da da işləmiş Mustafa Dənizli karyerasını İranda davam etdirəcək. Matc.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı “Traktorsazi” ilə anlaşıb.

Dənizli Təbriz klubu ilə 5 illik müqavilə imzalayıb. Bu, 69 yaşlı mütəxəssisin İrana üçüncü qayıdışıdı. Daha əvvəl o, 2004-2006-cı illərdə PAS, 2006-2007 və 2011-2012-ci illərdə isə “Perspolis”də məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Mustafa Dənizlinin son iş yeri “Kasımpaşa” klubu olub. O, 2013-2014-cü illərdə “Xəzər Lənkəran”ın başında olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest