08 Noyabr 2025, 10:06
FUTBOL
"Liverpul" və "Çelsi" "Nyukasl"ın mərkəz müdafiəçisi Sven Botmana maraq göstərirlər. "Mersisaydlılar" tezliklə 25 yaşlı futbolçunu transfer etmək üçün cəhd göstərə bilərlər.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, "Nyukasl" Botmanı buraxmaq istəmir və onunla yeni müqavilə bağlamağa hazırlaşır. Bu, klubun idman direktorunun əsas prioritetidir.
Qeyd edək ki, bu mövsüm Botman bütün yarışlarda 13 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 40 milyon avrodur.












