"Betis"in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasının dördüncü turunda komandasının "Lion" üzərində 2:0 hesablı qələbəsindən sonra açıqlama verib.
Matc.az xəbər verir ki, o, futbolda yeni bir qayda tətbiq etməyi təklif edib.
"Düşünürəm ki, futbolu yaxşılaşdırmaq üçün digər qaydalar da dəyişdirilə bilər, məsələn, topun meydanın orta xəttini keçdikdən sonra komandanın öz yarımmüdafiə xəttinə qayıtmasını qadağan etmək. Bu, futbolu daha dinamik edərdi. Biz oyunu daha həyəcanlı etməliyik və bunun üçün rəqibin qapısına daha da yaxınlaşmalıyıq", - deyə Pelleqrini təklifini dilə gətirib.
Qeyd edək ki, basketbolda da oxşar qayda mövcuddur. Daha əvvəl VAR-a ikinci sarı vərəqələr və künc zərbələri ilə bağlı qərarları nəzərdən keçirməyə imkan verən təkliflər irəli sürülmüşdü.












