Mövsümlərarası fasilənin fəal komandası "Real" transfer rekordunu yeniləyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" bu yay həyata keçirdiyi 5 transferlə bunu bacarıb.

Belə ki, madridlilər Eden Azar ("çelsi", 100 milyon avro), Luka Yoviç ("Ayntraxt", 60 milyon), Rodriqo ("Santos", 45 milyon) və Eder Militaodan ("Portu", 50 milyon) sonra "Lion"dan da Ferlan Mendini (48 milyon) heyətinə qatıb. Beləliklə, La Liqa təmsilçisi 5 keçidə 303 milyon avro xərc çəkib.

Bununla "Real" 2009-cu ildəki rekordunu yeniləyib. Klub rəhbərliyi 10 il əvvəl Kriştianu Ronaldo, Kaka, Xabi Alonso və digər oyunçuların transferlərinə ümumilikdə 260 milyon avro ödəmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest