"İnter" "Genoa"nın yarımmüdafiəçisi Morten Frendrupla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Kristian Çivunun komandası bu mövsüm müdafiə problemləri ilə mübarizə aparır və yeni dayaq yarımmüdafiəçisi ilə bu problemləri həll etməyə çalışır. Yayda müqavilə imzalayan Endi Diuf indiyə qədər gözləntiləri doğrultmayıb.
"İnter"dən başqa, Frendrupla "Roma" da maraqlanır, lakin romalıların 24 yaşlı danimarkalı milli oyunçunu transfer etmək üçün maliyyə imkanları azdır. "İnter" isə Frendrupun transferi üçün 20 milyon avro xərcləməyə hazırdır.
Frendrupun özü də daha nüfuzlu bir kluba keçmək istəyir. Onun "Genoa" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, bu mövsüm bütün yarışlarda 11 oyunda 1 qol vurub.
Xatırladaq ki, bu gün "Genoa" baş məşqçi Patrik Vieyranı istefaya göndərib.












