"Genoa" Patrik Vieyranın baş məşqçi vəzifəsindən ayrıldığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub məşqçiyə və onun heyətinə vəzifələri müddətində göstərdikləri sədaqət və peşəkarlığa görə təşəkkür edib. Gələcək karyeralarında onlara uğurlar arzulayıb.

Fransalı məşqçi 2024-cü ilin noyabr ayından bəri "Genoa" klubunun baş məşqçisi vəzifəsində çalışıb. A Seriyasının doqquz oyunundan sonra "Genoa" 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest