"Barselona"nın təmir olunmuş "Kamp Nou" ev stadionu 7 noyabrda təmirdən sonra yenidən açılacaq.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 7 noyabrda "Barselona" "Kamp Nou"da açıq məşq keçirəcək. Tamaşaçıların sayı maksimum 23.000 nəfərlə məhdudlaşacaq.

Bu açıq məşqin əsas məqsədi təmir olunmuş stadiondakı bütün sistemlərin səmərəliliyini yoxlamaqdır. Təmir olunmuş "Kamp Nou"da ilk rəsmi matç hələlik məlum deyil.

Qeyd edək ki, stadionun yenidən açılmasından sonra "Barselona"nın La Liqada növbəti ev oyunu 22 noyabrda, "Atletik" (Bilbao) ilə matçında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest