Hazırda "İnter Mayami"də oynayan "Barselona"nın əfsanəsi Lionel Messi Kataloniya klubunun 2026-cı ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bildirilir ki, Messi prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil, lakin hazırkı prezident Joan Laportanın yenidən seçilməsini əngəlləmək istəyir. Argentinalı yalnız seçkilərdə qalib gələ biləcək güclü namizədi dəstəkləməyə hazırdır. Etibarlı müxalifət olmazsa, Messi bitərəf qalacaq.

Argentinalı hücumçu Laportaya qəzəblidir və qisas almaq istəyir. Messi hesab edir ki, prezident 2021-ci ildə son anda yeni müqavilə təklifini geri götürəndə ona xəyanət edib və bu da onu doğma klubundan ayrılmağa məcbur edib. Hücumçu daha sonra PSJ-yə pulsuz transferlə qoşulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest