 
 
Anqola yığması noyabr ayında keçiriləcək beynəlxalq fasilə zamanı Argentina ilə qarşılaşmaq imkanı qazanacaq.
Matc.az xəbər verir ki, bu görüş Afrika təmsilçisinin 2025-ci ildə Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna hazırlığının bir hissəsi olacaq. Bu barədə "Sport News Africa" nəşri məlumat yayııb.
Anqola Futbol Federasiyası oyunu ölkənin Müstəqillik Gününə həsr etmək məqsədilə 14 noyabr tarixində keçirməyə qərar verib. Lionel Messi və onun komanda yoldaşlarını qəbul etmək üçün Anqola təxminən 12 milyon avro ödəyəcək.
Bundan əvvəl Argentina Mərakeş Futbol Federasiyası ilə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyiblər. Argentinalılar 10 milyon avrodan çox məbləğ və komandanın Rabata uçuş xərclərinin tam ödənilməsini tələb ediblər. Bu şərtlər mərakeşlilər üçün həddindən artıq baha olub. Anqola isə tələbləri tərəddüdsüz qəbul edib.

 
             
 















