31 Oktyabr 2025, 12:26
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1761913751.jpg) 
 
"Borussiya" mövsümün sonunda müqaviləsi başa çatan Salih Özcanla bağlı qərar verib.
Matc.az xəbər verir ki, Dortmund təmsilçisi Türkiyə millisinin üzvü ilə yeni sözləşmə imzalamayacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Bundesliqa nəhəngi yanvar ayında Salih üçün gələn təklifləri dəyərləndirəcək. "Köln" 27 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir.
Qeyd edək ki, Salih Özcan bu mövsüm "Borussiya"nın heyətində 4 rəsmi matçda meydana çıxıb.

 
             
 















