AVRO-2020-nin seçmə mərhələsində İsraillə keçirilən oyun Polşa millisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu yeni rekord müəyyənləşdirib.

Belə ki, komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk dəqiqələrdən meydanda olan Levandovski 106-cı dəfə Polşanın heyətində oyun keçirib. Bununla o, millidə ən çox matçda iştirak etmiş Yakub Blaşikovskinin rekordunu yeniləyib.

Qeyd edəki, Polşanın 4:0 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest