13 Oktyabr 2025, 15:21
FUTBOL
"Eyüpspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Orhan Akla anlaşıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Orhan Ak son olaraq "Fatih Karagümrük"ü çalışdırıb.