"Əvvəlcədən Bakıya gəlməyimiz müsbət haldı. Bura çox istidi, amma uyğunlaşmaqdan başqa yolumuz yoxdu. Bacaracağımıza inanıram. İtaliyada bəzən qışda hava isti olur, Slovakiyada olduğu kimi".

"Bu qrupda zəif rəqib yoxdu. Başa düşürük ki, turnir cədvəlində daha yaxşı yerə yüksəlmək üçün yenə qələbə qazanmalıyıq". Matc.az xəbər verir ki, bu sözlər Slovakiya yığmasının müdafiəçisi Milan Şkriniara məxsusdu.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq slovaklar dünən paytaxtımıza gəlib. 24 yaşlı futbolçu yerli mətbuata açqılamasında erkən gəlməyin onlar üçün üstünlük olduğunu söyləyib: "Əvvəlcədən Bakıya gəlməyimiz müsbət haldı. Bura çox istidi, amma uyğunlaşmaqdan başqa yolumuz yoxdu. Bacaracağımıza inanıram. İtaliyada bəzən qışda hava isti olur, Slovakiyada olduğu kimi. Bu üzdən Bakıda hava temperaturunun önəmi yoxdu. Qələbə qazanmaq məcburiyyətindəyik".

"İnter"in üzvü qrupdakı son vəziyyətə də münasibət bildirib: "Qrupda qeydə alınan digər nəticələr bizim üçün yaxşı oldu. İndi dolaşıq vəziyyət yaranıb. Heç kim digərlərindən uzaqlaşmayıb. Demirəm ki, hər şey ürəyimizcədi. Amma bu durum da nisbətən yaxşıdı. Azərbaycanı məğlub etdikdən sonra istədiyimiz yerdə olacağıq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest