AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Macarıstan yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. Daha 2 oyunçu Bakıda məşqçilər korpusunun ixtiyarında olmayacaq.

AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Macarıstan yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, daha 2 oyunçu Bakıda məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Bunu baş məşqçi Marko Rossi də təsdiqləyib. O bildirib ki, hücumçu Şoter Donatdan sonra müdafiəçilər Bese Barnabas və Tamaş Kadar qarşıdakı oyunların ilkini - yəni Azərbaycanla görüşü buraxacaqlar. Zədədən əziyyət çəkən "Havr" və Kiyev "Dinamo"sunun oyunçularının əvvəlcə iştirakı gözlənilirdi. Lakin son tibbi müayinənin ardından Barnabas və Kadarın "Bakcell Arena"da meydana çıxmaması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest