"İordaniya ilə oyun bizim üçün faydalı olacaq. Düşünürəm ki, yoldaşlıq görüşü keçirmədən birbaşa seçmə mərhələ görüşünə çıxmağımız bizə baha başa gələrdi. Bu, xüsusən də, mövsüm başa çatdığı üçün uzun müddətdi oyun keçirməyən futbolçulara xeyirdi".

"İordaniya ilə oyun bizim üçün faydalı olacaq". Matc.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının qapıçısı Martin Dubravkaya məxsusdu.

"Nyukasl"ın qolkiperi İordaniya ilə yoldaşlıq və Azərbaycanla rəsmi oyun öncəsi yerli mətbuata fikirlərini bölüşüb. 30 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsinin millimizlə oyunu öncəsi İordaniya ilə qarşılaşmanın onlar üçün böyük önəm kəsb etdiyini söyləyib.

Dubravka oyun praktikas baxımından İordaniya ilə görüşün vacibliyini vurğulayıb: "Düşünürəm ki, yoldaşlıq görüşü keçirmədən birbaşa seçmə mərhələ görüşünə çıxmağımız bizə baha başa gələrdi. Bu, xüsusən də, mövsüm başa çatdığı üçün uzun müddətdi oyun keçirməyən futbolçulara xeyirdi. Geniş heyətə malikik. Bu üzdən digər futbolçuların İordaniya ilə matçda iştirak etmək imkanı olacaq. Onlar üçün yaxşı sınaq olacaq. Komandamızda yaxşı atmosfer hökm sürür. Əminəm ki, İordaniya üzərində qələbə qazanacaq və Azərbaycana müsbət ab-havada yollanacağıq".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu iyunun 11-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest