Milli komandalar yoldaşlıq görüşlərində qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, gecə saatlarında bir neçə qarşılaşma baş tutub.
Onlar arasında ən diqqətçəkəni Braziliya - Qətər oyunu olub. Rəqibinin qapısından birinci hissədə 2 cavabsız top keçirən "sambaçılar" meydanı da 2:0 hesablı qələbə ilə tərk edib.
Yoldaşlıq görüşləri
Yaponiya - Trinidad və Tobaqo - 0:0
Paraqvay - Honduras - 1:1
Kardoso, 15 (pen.) - Fiqeroa, 76
ABŞ - Yamayka - 0:1
Nikolson, 60
Meksika - Venesuela - 3:1
Alvarado, 32; Pizarro, 54; Quardado, 76 - Murilyo, 18
Peru - Kosta Rika - 1:0
Kueva, 53
Braziliya - Qətər - 2:0
Rişarlison, 16; Qabriel Jezuş, 24