AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyunu öncəsi mətbuat konfransları təşkil olunacaq. İyunun 8-də baş tutacaq qarşılaşmadan bir gün əvvəl baş məşqçilər media önünə çıxacaq.

Aç-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyunu öncəsi mətbuat konfransları təşkil olunacaq. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 8-də baş tutacaq qarşılaşmadan bir gün əvvəl baş məşqçilər media önünə çıxacaq.

Əvvəlcə saat 18:00-da yığmamızın çalışdırıcısı Nikola Yurçeviç fikrini bildirəcək. Bundan yarım saat sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.

Saat 19:15-də isə macarların baş məşqçisi Marko Rossi mətbuat konfransına qatılacaq. 20:00-da qonaq komandanın məşqi start götürəcək. Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi "Bakcell Arena" da təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest