İngiltərə Premyer Liqasının debütantı "Sanderlend" yeni qapıçı ilə güclənib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu Niderlanın "Neymegen" komandasının qolkiperi Robin Rufsu transfer edib. 22 yaşlı futbolçunun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Rufs "Neymegen"də 42 oyun keçirib və 13 matçda qapısını toxunulmaz saxlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest