"Şkendiya" Rumıniyanın FKSB klubunu mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.

Matc.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi bu raunda "Qarabağ"la üz-üzə gələcək. Komandanın baş məşqçisi Jeton Beqiri Azərbaycan çempionu haqda fikirlərini bildirib:

"Növbəti rəqibə, yəni "Qarabağ"a mütləq hörmət etməliyik. Azərbaaycan klubu FKSB kimi çox ciddi və çox mütəşəkkil komandadır. Mənim və oyunçularım üçün vacib olan odur ki, əlimizdən gələni edək, geyindiyimiz formaya hörmət edək. Sonrasını meydandakı oyun göstərəcək".

Qeyd edək ki, "Qarabağ"ın "Şkendiya" ilə ilk oyunu avqustun 5-də Skopyedə baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest