"Bakıdakı matçda daha çox risk etməli olduğumuzu başa düşürdük. Sonda da iki qol buraxdıq".
Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Sabah" - "Petrokub" oyununda təmsilçimiz 4:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Matc.az xəbər verir ki, oyundan sonra "Petrokub"un baş məşqçisi Şota Maxaradze oyun haqda fikirlərini bildirib:
"Qələbə münasibətilə "Sabah"ı təbrik edirəm. Onlar artıq növbəti mərhələlədədir. Biz Kişinyovdakı matçdan sonra çətin durumdaydıq. Bakıdakı matçda daha çox risk etməli olduğumuzu başa düşürdük. Sonda da iki qol buraxdıq. Lazmsız qollar gördük qapımızda. Təbii ki, belə səhvlər bağışlanılmır.
Düzünü desəm, birinci matçda 82 dəqiqə rəqiblər eyni səviyyədə futbol göstərdik. Qol imkanlarımız da var idi. Amma qapımızda qollar gördük. Son dəqiqələrdə ikinci qol buraxmışdıq. Budəfəki görüş də oradakı oyunun davamı kimi odu. Təbii ki, bu cür uduzmaq xoş olmur. Amma bilirik ki, yaxşı komandamız var.