01 Avqust 2025, 01:50
FUTBOL
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, Azərbaycan klublarından "Sabah" və "Araz-Naxçıvan" növbəti raunda vəsiqə qazanıb.
Artıq təmsilçilərimizin 3-cü təsnifat mərhələsindəki rəqibləri də müəyyənləşib.
Moldova "Petrokub"unu mübarizədən kənarlaşdıran "Sabah" növbəti mərhələdə "Levski" ilə üz-üzə gələcək. Bolqarıstan klubu Avropa Liqasında "Braqa"ya (Portuqaliya) uduzub.
"Araz-Naxçıvan" isə Kipr təmsilçisi "Omoniya" ilə qarşılaşacaq. Onlar 2-ci təsnifat mərhələsində Kutaisi "Torpedo"sunu üstələyib.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 7-14 avqust tarixlərində keçiriləcək.