31 İyul 2025, 00:11
FUTBOL
Viktor Osimhenin "Napoli"dən "Qalatasaray"a transfer hekayəsi yekunlaşıb.
Matc.az xəbər verir ki, Ulduz forvard artıq İstanbuldadır.
Xüsusi təyyarə ilə Türkiyəyə gələn nigeriyalı futbolçu, sabah tibbi müayinədən keçdikdən sonra 4 illik müqavilə imzalayacaq.
"Napoli" forvardın transferindən dərhal sonra 40 milyon, ilin sonuna qədər isə 35 milyon avro alacaq. Müqavilədə "Qalatasaray"ın futbolçunu 2 il müddətinə İtaliya klublarına satmasını qadağan edən bənd də yer alacaq.
Qeyd edək ki, Osimhen ötən mövsümü icarə əsasında "Qalatasaray"da uğurla keçirib. O, 41 matçda 37 qol və 8 məhsuldar ötürmə edib.