30 İyul 2025, 23:32
FUTBOL
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Matc.az xəbər verir ki, sözügedən mərhələ çərçivəsində "Qarabağ" Bakıda İrlandiyanın "Şelburn"u 1:0 (ilk oyun – 0:3) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Ağdam klubunun III mərhələdəki rəqibi də müəyyənləşib. Təmsilçimiz Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Şkendiya" Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdıraraq (1:0, 2:1) "Qarabağ"ın rəqibi olub.
III mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.