"Sumqayıt"da növbəti ayrılıq baş verib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Alan Diasla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Braziliyalı mərkəz müdafiəçisinin "kimyaçılar"la müqaviləsi başa çatıb.
 
Qeyd edək ki, Alan Dias ötən ilin avqust ayından "Sumqayıt"da çıxış edirdi. 26 yaşlı futbolçu komandanın heyətində 18 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest