22 İyul 2025, 15:40
MPL
"Neftçi" Polşa toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Bakı təmsilçisi yerli "Termalika" ilə görüşdə qüvvəsini sınayıb.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Qeyd edək ki, "Neftçi" Polşada ilk oyununu İsrailin "Hapoel" (Tel-Əviv) klubuna qarşı keçirib və 1:1 hesablı heç-heçə edib. "Flaqman"ın növbəti yoxlama görüşləri Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı olacaq.