Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.

Matc.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qollarını Paulo Quimbila və Domi Massumu vurub.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl keçirdiyi hazırlıq matçında "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest