16 İyul 2025, 23:41
FUTBOL
"Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərs çıxarmağa çalışdıq"
“Sabah”ın futbolçuları “Çelye” ilə qarşılaşmaya yaxşı hazırlaşıblar”.Matc.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Pavol Şafranko deyib.
Slovakiyalı futbolçu səfərdə Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərs çıxarmağa çalışdıq. İndi isə son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100 % gücümüzlə oynayacağıq.”
“Çelye” – “Sabah” matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.