Artıq bu görüşün başlanma saatı və keçiriləcəyi yer müəyyənləşib. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

“Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq. Matc.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

Artıq bu görüşün başlanma saatı və keçiriləcəyi yer müəyyənləşib. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest