"Strazburq" "Borussiya"dan müdafiəçi Sumala Kulibalini transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

"Strazburq" fransalı futbolçu üçün Dortmund klubuna 7,5 milyon avro təzminat ödəyib. 21 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sumala Kulibali ötən mövsüm icarə əsasında "Brest"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest